Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında türk xalqlarının mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi, bu irsin öyrənilməsi, araşdırılması, türk dünyasında və bütün dünyada tanıdılması istiqamətində birgə işlərin görülməsi üçün addımlar atılıb.
Bunun da nəticəsi kimi, BAMF-ın 30 illik yubiley tədbirində BAMF-ın prezidenti Umud Mirzəyev ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva arasında memorandum da imzalanıb.
Ednews iki qurum arasında imzalanma mərasimi zamanı çəkilən videonu təqdim edir: