"Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb. Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb.
Bu barədə məlumatı Ednews-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək.