Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Ednews xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarının ümumilikdə 2 avtomobili maneəsiz şəkildə hərəkət edib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 28 gündür davam edir.