“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarında yanğın olub.
Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Saatlı şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda 300 m² sahədə taxta şpal yanıb.
Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.