"İlhamə ərimin yasına gələnləri evimdən qovmuşdu" - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

"İlhamə ərimin yasına gələnləri evimdən qovmuşdu"

Cəmiyyət A- A A+

"İlhaməyə rəhmətlik də deməyə dilim gəlmir. Allah ona rəhmət eləsin deyə bilmirəm. Yaradan onu verdiyi xasiyyətlə qarğışlayıb".

Ednews Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Astar" yutub layihəsində deyib. Sənətçi mərhum Xalq artisti İlhamə Quliyevanı heç vaxt bağışlamayacağını bildirib:

"Ölüm heç vaxt heç bir hesabı bağlamır. Ölüm heç kimə bəraət qazandırmır. Ömürboyu səhv etmək olar? İlhamənin səhvi elə mənə qalmışdı? Bir insan ki, ərimin yasına baş sağlığına gəlib və deyə ki, sən məndən yaxşı oxumursan. Buna nə deyəsən? İlhamə içəri girib, yasıma gələnləri qışqıraraq qovmuşdu. İndiyə kimi də onun etdiklərini başa düşə bilmirəm.

 

Qızım qaça-qaça üstümə gəldi, "Anacan, İlhaməni dayandır!" deyirdi. Qızım danışa da bilmirdi. Onda səkkiz yaşı vardı, niyə ürəyini paralayırdın? Sənə ayıb deyil? Gəlib gördüm ki, İlhamənin səsi bürüyüb evi".



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...