Ötən ay məişət zorakılığı törədənlərin 45 nəfəri kişi, 10 nəfəri isə qadın olub.
Bu barədə Ednews-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.
Bildirilib ki, 2022-ci ilin dekabr ayında Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib.
Şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.
Belə ki, müraciətlərin 55-i psixoloji, 26-sı isə fiziki zorakılıqla bağlı olub.