Uşaqları tərbiyə etmək bəzən olduqca çətin ola bilir. Çox zaman valideynlər bunu yanlış yolla edirlər. Məsələn bəzi müasir valideynlər uşağı planşet və ya telefonla məşğul edirlər. Məsum görünən bu hərəkət uşaqların emosional inkişafında ciddi mənfiliklərə səbəb olur.
Ednews Haber Türkə istinadən bildirir ki, mütəxəssislər uşaq kədərləndikdə və ya əhvalı pozulduqda diqqətini yayındırmaq üçün ona verilən cihazlar onlarımn emosional inkişafına mane olduğunu müəyyən ediblər.
Bu şəkildə alışan uşaqlar heç bir cihaz olmadan emosiyalarını tənzimləyə bilmir, əhvalları çox tez dəyişir.
Bu vəziyyət xüsusilə hiperaktivlik diaqnozu qoyulmuş uşaqlarda daha sıx müşahidə olunur.
Aynurə İsmayılqızı