Əmək kitabçaları ləğv EDİLİR? Ekspertdən ŞƏRH

Cəmiyyət 12:01 13.01.2023

Xəbər verdiyimiz kimi, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli əmək münasibətləri sferasında gözlənilən dəyişiklilərlə bağlı danışıb.

O, vətəndaşların əmək kitabçalarını dövriyyədən çıxarmağı planlaşdırdığını vurğulayıb. “Əmək və Sosial Müdafiə Nazirliyi vacib hüquqi islahatlar hazırlamaqdadır. Yaxın gələcəkdə bu paketin hökumətə təqdim olunacağı gözlənilir, onun qəbulundan sonra isə biz nəinki fiziki əmək kitabçalarını dövriyyədən çıxaracağıq, həm də bütün sənəd dövriyyəsi rəqəmsal mühitdə aparılacaq”, deyən Abbasbəyli həmçinin ilk əmək kitabçalarını 2014-cü ildən sonra alan vətəndaşların gələcəkdə işəgötürənə təcrübəsini təsdiqləyən kağız daşıyıcı təqdim etməli olmayacaqlarını vurğulayıb.

"İlk əmək kitabçalarını 2014-cü ilədək almış vətəndaşları onu saxlamalıdır, belə ki, bu onlara əmək münasibətlərinin tənzimlənməsi prosesində və pensiya yaşına çatdıqda lazım ola bilər", - o əlavə edib.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Ednews-a açıqlamasında bildirdi ki, sənədlərin kağız daşıyıcılardan elektron formata keçməsi məsələsi bir neçə ildir ki, artıq ölkədə vüsət alıb:

“Müxtəlif platformalar yaradılıb və tədricən də bütün sənədlər artıq elektron versiyaya keçir. Nə qədər bu, sürətlə həyata keçirilsə, insanlar üçün, eyni zamanda şəffaflığın təmin olunması üçün, bürokratik əngəllərin aradan qaldırılması üçün, saxta sənədlərin yaradılmaması üçün elektron bazanın formalaşması bir o qədər müsbət addım olar. Məsələyə bu kontekstdən yanaşdıqda məhz əmək kitabçalarının da elektronlaşmasına çox böyük ehtiyac var. Saxta əmək kitabçalarının düzəldilməsinin qarşısının alınması, fiziki olaraq köhnəlmişlərin sonradan problemlər yaratmaması, yeni işə götürənə müraciət edərkən, işə düzəlmək istəyən şəxslər üçün əlavə problemlərin olmaması aradan qalxacaq. 2014-cü ildən sonra kimlərin ki, əmək kitabçası var, onlar elektronlaşdırılacaq. Onların daşınmasına ehtiyac olmayacaq”.

İqtisadçı narahatlıq doğuran bir məqama da toxunub. O, qeyd edib ki, Əmək kitabçaları elektronlaşdırılan zaman mütləq şəkildə ciddi nəzarət olunmalıdır. Məlumatlar elektron qaydaya salınarkən son dərəcə diqqətlə edilməlidir.

“Məlumatlar elektron bazada diqqətli şəkildə yerləşdirilməyəndə bir hərfin səhv olması insanlar üçün ciddi problemlər yaradır. Yəni elektron hökumət portalı yaradılarkən şəxsiyyət vəsiqələrinin, digər sənədlərin elektron versiyası yaradılan zaman elektron platformaya əməkdaşlar bilavasitə məlumatları skan edərək, yəni üzünü köçürərək, fərdi qaydada daxil edirlər. Qələmlə yazılmış əlyazmalar informasiya şəklinə çevrilir və bazada yerləşdirilir. Daha sonra sistemə inteqrasiya olunur. Əllə yazılan yazıları elektron qaydada daxil edərkən hərf səhvlərinə yol verilir. Mən bu məsələni ciddi şəkildə vurğulamaq istəyirəm. Şəxsən mən özüm bu problemlə qarşılaşmışam, tanışlarımda da oxşar hallar olub. Şəxsi məlumatlar bazaya daxil olarkən yanlış formada olub. Misal üçün, oxşar həriflər doğru daxil edilmir. Bir-üç il sonra elektron xidmətlərə müraciət edən zaman vətəndaş yaxınlaşıb sənədi verir, bazada çıxan adla sənəd arasında fərq, hərf səhvi olur. Ona görə də kağız daşıyıcı sənədləri elektron platformaya keçirəndə mütləq bu işi icra edən şəxslərə ciddi tapşırıq verilməlidir.  İllər, rəqəmlər, stajlar, müəssisələrin adı bütün məlumatlar dəqiq köçürülməlidir. Yoxsa problem yaşanır. Biz vətəndaşa kömək etmək istəyirik, amma informasiya dəqiq köçürülmədiyi zaman ciddi problemlər yaşanır. Digər məsələ, 2014-cü ildən sonrakı illəri bildik, lap yaxşı. Düşünürəm ki, perspektivdə strateji yanaşaraq 2014-dən sonra deyil, daha əvvəlki illərin də tədricən də olsa, elektron formada  bazasının yaradılmasına baxmaq lazımdır”.

Oğuz Ayvaz 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı