Cəlilabad şəhər 7 saylı orta məktəbində istiliyin verilməməsi ilə bağlı məlumata aydınlıq gətirilib.
Ednews xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasının sobasında yaranan nasazlıqla bağlı məktəbin qızdırılmasında fasilələr yaranıb."Nasazlığı aradan qaldırmaq üçün təsərrüfat istismar qrupunun əməkdaşlarına müvafiq tapşırıqlar verilib" - deyə məlumatda qeyd olunub.