Azərbaycanda satılan ucuz geyimlər xərçəng yaradır RƏYLƏR

Cəmiyyət 04:44 15.01.2023

Əgər geyimin tikildiyi parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Bu cür parçalar soyuq havada yaxşı isitmir, isti havalarda isə bədənin "özünüsoyutma" mexanizminin işləməsinin qarşısını alır.

Orqanizmimiz hər gün müxtəlif təhlükələrlə üzləşir. Burda ekologiya, qida və s. amillər var. Bəs geyim? Geyimimiz haqda heç düşünmüşükmü? Əksəriyyətimiz geyim seçəndə onun hansı parçadan tikildiyini yox, bədənimizə nəyin yaraşdığını əsas götürüb seçirik.

Ednews "Kaspi" qəzetinə istinadən mövzu ilə bağlı məqaləni təqdim edir. Məqalədə deyilir:

Amma nəzərə almaq lazımdır ki, dəri orqanizmin ən böyük orqanıdır. Biz ətraf mühitlə daha çox onun vasitəsilə təmasda oluruq. Dərimiz həm də geyimlərlə mütəmadi təmasda olur. Geyim tikilən parçalar çox müxtəlif olsa da, əsasən natural və qeyri-natural olmaqla iki yerə bölünür. Yaranışdan bu yana insan cəmi 4 növ təbii parça istehsal edib. Bunlar pambıq, kətan, ipək və yun parçalardır. Onlar bitki və heyvan mənşəlidir, deməli, təbiətin bir hissəsidir və analoji olaraq da insan orqanizminə bir ziyan verə bilməz. Yəni o cür parçalardan tikilən geyimlərdə bədən nəfəs alır. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Polyester, viskoza, neylon, spandeks, laykra, elatsan və s. Bu cür parçalar soyuq havada bədəni yaxşı isitmir, isti havalarda isə bədənin "özünüsoyutma" mexanizminin işləməsinin qarşısını alır. Bəs geyim alanda ilk növbədə nəyə diqqət etməliyik?

"Əgər parça dövlət standartlarına uyğundursa..."

Dermatoloq Samirə Teymurova deyir ki, hər bir ölkənin parçalarla bağlı standartları var: "Əgər parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Söhbət, əlbəttə ki, sağlam orqanizmdən gedir. Ən gözəl parça növləri pambıq, sintetikayla qarışıq parçalar (amma bir şərtlə ki, pambığın faizi çox olsun), ipək və kətan parçalar hesab edilir. Amma bu parçalardan tikilən geyimlər ucuz olmur. Hindistan, Çin istehsalı olan pambıq parçalar nisbətən ucuz ola bilər. Amma ipək həmişə bahadır. İpəkdən hazırlanan kəlağayı, köynək, don, kətandan kostyum da ucuz deyil. Adlarını sadaladığım parçalar sırf özündən də ibarət ola bilər, qarışıq da. Məsələn, viskoza, poliester, poliamid, akril və s. Amma parçada sintetikanın faizi nə qədər az olsa, bir  o qədər yaxşıdır. Dəri nəfəs almalıdır. O da ancaq təbii parçalarda mümkün olur. Sintetik məhsullarda bədən çox tərləyir. Bəzən bu cür tərləmələr pis qoxu verir".

"Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır"

"Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır", - deyir həkim: "Lap sintetik tərkibli də olsa, geyim əgər normal, brendi və məhsulu məlum fabrikdə tikilibsə, deməli, ən azından insan orqanizmi nəzərə alınıb və standartlara uyğundur. Yəni sağlam dəriyə bu cür şəraitdə tikilmiş geyimlərdən ziyan gəlməz. Amma gizlin, yeraltı, adı naməlum, bəzən də başqa firmanın etiketləri vurulan sexlərdə tikilən geyimlər, əlbəttə ki, şübhə doğurur. Onlar bədənə allergik reaksiya da verə, digər xoşagəlməz xəstəliklər də törədə bilərlər. Məsələn, kəlağayını götürsək, o özü həm təbii parçadan, yəni ipəkdən hazırlanır, rənglənməsində də təbii rənglərdən (qoz, nar, soğan qabığı, müxtəlif bitkilərin çiçəkləri, yarpaqları və s.) istifadə olunur. Bu cür məhsul, əlbəttə ki, baha da olsa, çox gözəl və təhlükəsizdir. Yeri gəlmişkən deyim ki, kəlağayının (ipəyin) çox gözəl xüsusiyyəti var. O, istidə sərin, soyuqda isti saxlayır. Ona görə nənələrimiz ipək parçadan geyimlər, həmçinin də baş örtükləri istifadə ediblər. Söhbət uşaqlardan gedirsə, xüsusən də, allergiyalı uşaqdırsa, onun bütün geyimləri, həmçinin də yataq dəsti mütləq pambıq parçadan olmalıdır. Süni xəz, krujeva və bəzəklər də reaksiya verə bilər. Ona görə də bu cür şeylər parçanın üstündə olmalı, birbaşa dəriyə toxunmamalıdır".

Dermatoloqun fikrincə, brendlərin məhsulları ilə ucuzlu məhsullar arasında yerlə-göy qədər fərq var: "Amma hər kəs bahalı olan brend malları da ala bilmir axı. Fikirlər var ki, ucuz parçalar dəridə müxtəlif xəstəliklər yaradır. Bu fikir öz təsdiqini tapmayıb. İllərlə insanlar yarmarkadan və elə ikinci əl dükanlarından geyimlər alır. Onların hamısı bəyəm xəstələnir? Yox, əlbəttə ki. Avropanın özündə də çox bahalı, orta və ucuz brendlər var".

Standartlara uyğun geyimlər

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlı deyir ki, müştəri geyim alarkən bir çox məqamlara diqqət etməlidir: "Onlardan başlıcası geyimin brendidir. Hər bir brend ana ölkəsində olan standarta uyğun geyim istehsal edir. Paralel olaraq həmin geyimləri dünyanın tekstil sənayesi inkişaf etmiş ölkələrində istehsal etdirir. Yəni məhsul iki ölkənin standartlarına uyğun tikilir. Bu zaman təbii ki, insan sağlamlığı üçün dəqiq hesablanır. Məşhur İtaliya, İngiltərə brendləri var ki, Vyetnam, Hindistan, Banqladeş, Türkiyə, həmçinin də öz ölkələrində geyimlər istehsal etdirir. Deməli, o məhsullar həm öz, həm də istehsal etdiyi ölkələrin standartlarına cavab verir".

 Geyimdə yarlıq yoxdursa...

Elxan bəy qeyd edir ki, geyimin içində brendin adı, hansı parçalardan hazırlandığı, hətta bəzən hansı fabrikdə istehsal olunduğu da qeyd olunmalıdır: "Brend istehsalçıları öz üzərinə məsuliyyət götürürlər və gigiyenik baxımdan keyfiyyətli məhsullar istehsal edirlər. Geyimdə yarlıq yoxdursa, o qeyri-müəyyən parçadan istehsal oluna, insanın sağlamlığına ziyan verə bilər. Azərbaycan Respublikasının müvafiq  qanunvericiliyinə görə ölkəyə idxal olunan mallar üçün xüsusi gigiyenik sertifikat tələb olunur. Məsələn, əgər idxal edilən uşaq geyimidirsə, məhsul ölkəyə gəlməmiş həmin məhsulun nümunəsi müvafiq quruma təqdim olunur, laboratoriyada analizdən keçir, bunun qarşılığında gigiyenik sertifikat alır".

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı