Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysi ilə uçan təyyarənin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş sorğusu göndərib.
Ednews bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir.
Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.
Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.
Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.