Bakının Yasamal rayonunda 16 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Ednews xəbər verir ki, 2007-ci il təvəllüdlü İsmayılova Dünya Eldəniz qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.