Xəbər verdiyimiz kimi, Şahin Mirzəyev Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin olunub.
Ednews xəbər verir ki, Mirzəyev Şahin Əyyub oğlu polkovnik rütbəsini daşıyır.
O, 1968-ci il aprelin 16-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Ş.Mirzəyev daha əvvəl Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Ş.Mirzəyev Azərbaycan Texniki Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.