Bakıda ötən il 16 yaşına qədər uşaqların olduğu 28 yol-nəqliyyat hadisəsi baş verib.
Ednews apa.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, bu qəzalarda 9 nəfər ölüb, 21 xəsarət alıb: "Qəzalarda dünyasını dəyişən 9 nəfərdən 7-si piyada kimi, 2-i isə sərnişin qismində olarkən qəzada ölüb".