Kəmaləddin Heydərov generalın oğlunun yerinə 38 yaşlı polkovniki rəis TƏYİN ETDİ - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Kəmaləddin Heydərov generalın oğlunun yerinə 38 yaşlı polkovniki rəis TƏYİN ETDİ

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis təyin edilib.
 
Ednews qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 
 
Əmrə əsasən, Vüqar Qüdrət oğlu Ağayev FHN-nin Muğan Regional Mərkəzinə rəis təyin olunub.
 
O, bu vəzifədə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundovu əvəzləyib. Mehman Axundov öz istəyi ilə təqaüdə göndərilib.
 
Qeyd edək ki, 1985-ci ildə Bakı şəhərində anadan olan Vüqar Ağayev indiyədək Bakı Regional Mərkəzinin rəis müavini idi. Azərbaycan Beynəlxalq Universitetini bitirən 38 yaşlı polkovnik ailəlidir, 2 övladı var.
 
Xatırladaq ki, FHN-nin Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...