70 min dolları belə qazandı - VİDEO - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

70 min dolları belə qazandı - VİDEO

Cəmiyyət A- A A+

NBA çərçivəsində keçirilən "Los-Anceles Leykers" - "Sakramento Kinqs" matçında maraqlı hadisə baş verib.

Ednews publika-ya istinadən xəbər veir ki, oyundakı fasilə zamanı təşkil edilən şou proqramda azarkeşlərdən biri diqqət mərkəzinə düşüb. "Böyük zərbə ilə cekpot" yarışında Los-Anceles təmsilçisinin tribunada əyləşən fanatı topu meydançanın mərkəzindən səbətə atmağa müvəffəq olub.

Nəticədə bu atış ona basketbol oyunundan fərqli olaraq 3 xal deyil, 70 min dollar qazandırıb. Mükafat azarkeşə dərhal çek şəklində təqdim edilib..

Oyuna gəlincə, maraqlı mübarizə şəraitində keçən qarşılaşma "Sakramento"nın 116-111 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ən yaxşı oyunçusu isə LeBron Ceyms seçilib. "Leykers"in lideri görüşü 32 xal, 9 asist və 8 ribaundıa başa vurub. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...