Azərbaycan vətəndaşları bundan sonra Qazaxıstanda vizasız 90 gün qala biləcəklər.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Azərbaycan” nəşri yayıb.
Mənbə yazır ki, yeni qaydalar yanvarın 27-dən qüvvəyə minir.
Yeni qəbul edilmiş qaydalara görə Avrasiya iqtisadi ittifaqa üzv ölkələrin (Azərbaycan, Ukrayna və Tacikistan) vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər.