Şuşanın İƏT Turizm Paytaxtına namizədliyi - İRƏLİ SÜRÜLƏCƏK - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Şuşanın İƏT Turizm Paytaxtına namizədliyi - İRƏLİ SÜRÜLƏCƏK

Cəmiyyət A- A A+
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 2023-cü il üzrə sədrliyi çərçivəsində Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyi irəli sürüləcək.
 
Ednews xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı bildirib.
 
Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir. İclasda İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...