Laçın-Xankəndi yolunun "blokadası" mifdir - Elin Süleymanov - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Laçın-Xankəndi yolunun "blokadası" mifdir - Elin Süleymanov

Cəmiyyət A- A A+
Laçın-Xankəndi yolu ilə yüzlərlə avtomobilin keçidi göstərir ki, Ermənistan tərəfinin dünyaya car çəkdiyi kimi Azərbaycanın “blokadası” mifdir.
 
Ednews xəbər verir ki, bu fikirləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Financial Times”da (FT) Laçın-Xankəndi yolu ilə bağlı dərc olunan məqaləyə münasibət bildirərkən səsləndirib.
 
O, həmin məqaləyə cavab olaraq belə deyib:
 
“Müəlliflər rus-erməni oliqarx Ruben Vardanyanın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki vəziyyətə və Ermənistanın işğalçılıq prosesinə mənfi təsirini düzgün vurğulayırlar.
 
Ancaq Ermənistan rəsmi olaraq götürdüyü öhdəliklərə zidd olaraq Laçın-Xankəndi yolu ilə ətraf mühiti real şəkildə məhv edir, mina və silahlar keçirir. Azərbaycan ictimaiyyəti isə bununla bağlı etirazlarını ifadə edir. Məqalədə məhz bu həqiqət diqqətdən yayındırılıb”.
 
“Xatırladaq ki, 1988-ci ildə Azərbaycanda milli azadlıq hərəkatı məhz Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsinin mühafizəsi tələbi ilə başlayıb. Qarabağın təbiətinə qayğı yeni deyil. Xankəndidəki separatçılara ünvanlanmalı olan sual ondan ibarətdir ki, niyə yerli ermənilərin Ermənistana getməsinə mane olurlar", - Süleymanov bildirib.
 
“FT-nin məqaləsi təsdiq edir ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Hətta Ermənistan bu yaxınlarda beynəlxalq sənədlər əsasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi.
 
Qafqazda davamlı sülhü təmin etmək üçün hərtərəfli razılaşma ilə irəliləmək həm erməni, həm də Azərbaycan xalqlarının mənafeyinə uyğun olardı”, deyə səfir yekunlaşdırıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...