Satışa çıxarılan sosial evlərlə bağlı YENİ TƏKLİF – İctimai Şura yaradılmalıdır! - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Satışa çıxarılan sosial evlərlə bağlı YENİ TƏKLİF – İctimai Şura yaradılmalıdır!

Cəmiyyət A- A A+

İddialara görə MİDA-nın satışa çıxardığı evlərdən vətəndaşlar yararlana bilmir. Yayılan xəbərlərdə xüsusən də satışa çıxarılan binaların biznes kimi istifadə edildiyi bildirilir.  Hətta vətəndaşlar daha tez ev əldə etmək üçün xakerlərdən belə istifadə edirlər. 

Maraqlıdır ki, bunun qarşısını necə almaq olar?

Məsələ ilə bağlı hüquqşünas-iqtisadçı Əkrəm Hüseynov Ednews-a açıqlamasında bildirib ki, dünyanın istənilən ölkəsində hər hansı satış prosesi dövlət hesabına güzəştli şərtlərlə keçirilirsə və orada şəffaflıq  təmin olunmursa demək ki, burada korrupsiya var.   

“Azərbaycanda  İpoteka və Kredit Zəmanət Fondu və Sahibkarlığın Inkişafı Fondu var.  Bu qurumlar mənzillərin kimə satıldığını da bildirmirlər. Əgər şəffaf prossesdirsə, korrupsiya yoxdursa  bu adları niyə açıqlamırlar? İctimai nəzarət şərtdir. Onlar bildirir ki, buradakı prosses elektronlaşdırılıb. Guya qeuri-qanuni heç bir hadisə yoxdur. Amma, hamımız bunun  şahidi olduq”. 

Onun sözlərinə görə burada müşahidə şurasının olması şərtdir. 

 “Bu nümayəndələr dövlətdən asılı olmayan, müstəqil nümayəndələr olmalıdırlar.  Onlar bu prossesə nəzarət etməlidirlər. Bu prosses dövlət məmurlarının  əlinə verilibsə, təbii ki,onlar bunu   şəxsi maraqlarına görə  istifadə edəcəklər.  Kim  bilir, bəlkə də, bu xakerləri də onlar təşkil edir”.  

Ekspert  məsələnin həllini ictimai nəzarətin yaradılmasında  görür. 

“Harada kommersiya, bazar  şərtləri ilə satış yoxdursa və güzəşt tətbiq edilirsə, burada ictimaiyyətin mütləqdir”.

Məsələ ilə bağlı MİDA-ya sorğu ilə müraciət etdik. Sorğumuza rəsmi olaraq cavab gözləyirik.

Məsələni diqqətdə saxlayacağıq. 

Ayan Rzayeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...