Əfv Komissiyasının növbəti iclası keçirilir - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Əfv Komissiyasının növbəti iclası keçirilir

Cəmiyyət A- A A+
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.
 
Ednews  xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır.
 
Xatırladaq ki, Komissiyanın ötən iki iclasında 200-dən artıq müraciətə baxılmışdı.
 
Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
 
Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...