"Atam haqda şayiələr buraxırlar” - VİDEO - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Atam haqda şayiələr buraxırlar” - VİDEO

Cəmiyyət A- A A+

Aktyor Cavidan Novruz atası Xalq artisti Ramiz Novruzun səhhətindən söz açıb.

Ednews bizim media-ya istinadən xəbər verir ki, sənətkarın oğlu "Sözbaz" maqazin verilişinə müsahibəsində bildirib ki, indi atası özünü daha yaxşı hiss edir.

"Atam Ramiz müəllim özünü yaxşı hiss edir. Bu günə də şükür. Bir ara onun səhhəti yaxşı deyildi. İndi hər şey qaydasına düşür. Atam haqqında yazılanlar boş şeylərdir. Bəzi insanlar onunla bağlı şayiələr buraxırlar. Mənasız bir şeylərdir. İnşallah, yaxın aylarda atamla bir yerdə efirlərə çıxacağıq".

Qeyd edək ki, Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkir. O, bir müddət əvvəl əməliyyat olunub və sözügedən xəstəlikdən tam sağalıb. Xalq artisti efirlərə çıxmamağının səbəbini isə həddən artıq arıqması ilə əlaqələndirib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...