Elşad Oksana ilə Şəhriyarın evliliyindən DANIŞDI - "Kimsə xəyanətə öyrəşib, kimsə yox" - VİDEO - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Elşad Oksana ilə Şəhriyarın evliliyindən DANIŞDI - "Kimsə xəyanətə öyrəşib, kimsə yox" - VİDEO

Cəmiyyət A- A A+

“Daxilən tərəddüd edən insanam, hər şeyi araşdıranam, ilk baxışdan inanmaram. Sadəcə olaraq bu mövzu mənə maraqlı olmayıb deyə izləməmişəm. İnansam nə olacaq, inanmasam nə? Bu mövzuya mən o dərəcə biganəyəm ki, həmişə qaçmışam, açmamışam, istəmirəm bu haqda danışam".  

Ednews Bizim media-ya istinadən xəbər verir ki, bu sözləri repçi Elşad Xose qonaq olduğu "YouTube"-da yayımlanan müğənni Rəqsanə İsmayılovanın aparıcısı olduğu "Göz önündə" layihəsində deyib.

Rəqsanənin “Oksana ilə Şəhriyarın evliliyinə inanırdın?” sualına Elşadın cavabı belə olub:

"Deyir, əgər sənin bir neçə ərin olubsa və onlar hamısı səni döyübsə, deməli problem səndədir, misal üçün deyirəm… Əgər 4-5 insan səni pisləyirsə, deməli burada nəsə var. Hamı pis ola bilməz axı… Sadəcə olaraq kimsə xəyanətə öyrəşib, kimsə yox. Ona görə bir az çətin mövzudur”.  
Qeyd edək ki, Elşad Xose və Oksana Rəsulova 2012-ci ilin martın 27-də ailə qurub. Lakin bir il sonra aprel-may ayralarında cütlük qalmaqallı şəkildə boşanıb. İllər sonra aparıcı Şəhriyar Əbilovla evlənən Oksana 2022-ci ilin sentyabrında ondan boşandığını açıqlayıb. Keçmiş cütlüyün bu nikahdan Osman adlı bir oğlu var.  
 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...