Ravvin: “Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir” - VİDEO - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ravvin: “Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir” - VİDEO

Cəmiyyət A- A A+
“Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir. Yəhudilər uzun əsrlərdir əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə mehriban ailə kimi yaşayırlar. Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açıldı. Bu, bir çox ölkələrə ən yaxşı nümunə olacaq”.
 
Ednews  xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qarşısında Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə Frankfurtun yəhudi icmasının ravvini və Almaniyanın Ortodoks Ravvinlər Konfransının prezidenti Aviçay Apel deyib.
 
Qeyd edək ki, 2022-ci ilin oktyabrından hər il yanvarın 27-nin Avropa Şurasında Holokost xatirəsi günü kimi anılması barədə qərar qəbul olunub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...