Şəki sahibkarları "Açıq mikrofon"a danışdılar - FOTOLAR - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Şəki sahibkarları "Açıq mikrofon"a danışdılar - FOTOLAR

Cəmiyyət A- A A+
Şəkidə fəaliyyət göstərən sahibkarlar müraciətlərini "Açıq mikrofon"a ünvanladılar
 
"SOCAR "Azəriqaz" İB ölkədə sahibkarlığın inkişafını hər zaman dəstəkləyir. Bu məqsədlə KOBİA ilə birgə keçirilən "Açıq mikrofon" aksiyasında sahibkarlar müraciətlərini rahat şəkildə ünvanlaya bilərlər".
 
Ednews  xəbər verir ki, bunu Birliyin şöbə rəisi Rövşən Məhyəddinov Şəkidə qurulan "Səyyar qəbul otağı"nda çıxışı zamanı bildirib. Qurum rəsmisi vətəndaşların da qatıldığı aksiyada ünvanlanan müraciətlərin operativ şəkildə həll ediləcəyini vurğulayıb.
 
Aksiyada çıxış edən KOBİA-nın nümayəndəsi Elbrus İskəndərov sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. Daha sonra sahibkarlar mikrofon önünə keçiblər. Etibar Nuruyev qeyri-yaşayış obyektinin qazlaşdırılmasını, Xəyal Həsənov isə obyektinə müvəqqəti sayğacın quraşdırılmasını istəyib. Sahibkarların müraciəti dinlənildikdən sonra növbə sadə vətəndaşlara çatıb. Qoxmuq kəndinin 20-yə yaxın sakini adından çıxış edən Zeynəb Məmmədova küçə qaz xətlərinin çəkilməsini xahiş edib.Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...