Bakıda bir neçə aydır bağlanan yol AÇILDI - VİDEO - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Bakıda bir neçə aydır bağlanan yol AÇILDI - VİDEO

Cəmiyyət A- A A+

Bakıda bir neçə aydır tamamilə bağlanmış Badamdar-20-ci sahə yolu açılıb. 

Ednews “Xezerxeber.az”a istinadən xəbər verir ki, ərazidə avtomobillərin hərəkəti bərpa olunub.

Sürüşmə zonasında tamamilə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, asfalt çəkilib. 

Yamac ətrafında beton sədlər çəkilib. Hazırda bəndin üst hissəsində istinad divarlarının bərkitmə işiləri aparıldığından yolda hərəkət qismən məhdudlaşdırılıb. Buna görə də həmin yoldan marşrut avtobuslarının hərəkətinə hələlik icazə verilmir. İcazə yalnız minik avtomobilləri üçündür. 

Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında baş vermiş sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib. İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı. 
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...