Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.
Ednews oxu.az-a istinadən xəbər verir ki, ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər.
İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər.
Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.
10:25
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.
Ednews apa.az-a istinadən xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.
Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.