Daşınmaz əmlakın icbari sığorta bazarı 16% kiçilib - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Daşınmaz əmlakın icbari sığorta bazarı 16% kiçilib

Cəmiyyət A- A A+
2022-ci ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı yığımların həcmi 53 mln. 979 min manat olub.
 
Ednews  Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ildə bu sığorta növü üzrə yığımlar 15.8% və ya 8 mln. 522 min manat azalıb.
 
Halbuki, 2021-ci ildə daşınmaz əmlakın icbari sığortasından 62 mln. 502 min manat sığorta haqqı toplanıb.
 
Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərin həcmi 1 mln. 95 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 75% və ya 823.9 min manat azalma deməkdir. 2021-ci ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 1 mln. 919 min manata bərabər olub.
 
Sığorta yığımları ilə yanaşı ödənişlərinin azalması sığorta zərərliliyinin azalmasına səbəb olub. Belə ki, 2021-ci ildə sığorta zərərliliyi 3% olduğu halda, 2022-ci ildə bu göstərici 2%-ə bərabər olub.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...