“Dronlar vasitəsilə ərazilərdə tədqiqat işləri aparılır” - ANAMA - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

“Dronlar vasitəsilə ərazilərdə tədqiqat işləri aparılır” - ANAMA

Cəmiyyət A- A A+
“Minatəmizləmə əməliyyatlarında ən müasir alət, avadanlıq və texnologiyalardan istifadə olunur. Ən müasir detektorlardan istifadə edilir. Dronlar vasitəsilə ərazilərdə tədqiqat işləri aparılır”.
 
Ednews  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
 
“Bu tədqiqat işləri minatəmizləmə fəaliyyətində işlərin dəqiq planlaşdırılmasına, resursların daha səmərəli istifadə olunmasına kömək edir. Bundan başqa, minatəmizləmə üçün nəzərdə tutulan xüsusi maşınlardan da istifadə edirik və bunlar da sözsüz ki, işlərimizin sürətləndirilməsinə kömək edir” - sədr əlavə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...