Hacıqabulda avtomobil aşıb.
Ednews apa.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralında, yolun Ağacanlı kəndindən keçən ərazisində qeydə alınıb.
“Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.