Yanvarın 28-də Qərbi Azərbaycanın Xoy şəhərində 6,1 bal gücündə zəlzələ olub.
Kəskin soyuqda zəlzələ nəticəsində evləri dağılan sakinlər acınacaqlı vəziyyətdədir. Məlumata görə, kəskin havanın olmasına baxmayaraq şəhərdə və ətraf qəsəbələrdə elektrik enerjisi kəsilib, qaz borularının partlaması zəlzələdən zərər çəkmiş insanların həyatını təhlükə altında qoyub.
İran hökuməti zəlzələ nəticəsində evsiz qalmış əhali ilə hələ də maraqlanmır.
Əbülfət Baxşəli