Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində zəlzələ nəticəsində evsiz qalmış əhalinin vəziyyəti haqda güneyli kinorejissor Məhəmməd Əlimuradi reportaj hazırlayıb.
Ednews xəbər verir ki, bununla bağlı görüntüləri “Azad İran” Telegram kanalı yayıb.
28 yanvarda İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 9,25 min mənzilə ziyan dəyib. 1,75 min mənzil tamamilə dağılıb və yenidən inşa edilməlidir.
7,5 min mənzilə isə ciddi şəkildə ziyan dəyib.
Zəlzələ baş verdikdən indiyədək zəlzələdən zərərçəkən 76,8 min nəfər müvəqqəti sığınacaqlara və ya çadırlarda yerləşdirilib.
Zəlzələ nəticəsində 3 nəfər ölüb, 1 167 nəfər xəsarət alıb.