Bloqer Ata Abdullayev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Ednews apa.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb.
Qeyd edək ki, A.Abdullayev Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.