Beynəlxalq aviaşirkətlər Azərbaycana yeni reyslər həyata keçirəcək - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Beynəlxalq aviaşirkətlər Azərbaycana yeni reyslər həyata keçirəcək

Cəmiyyət A- A A+

Azərbaycanın beynəlxalq hava limanları xarici aviaşirkətlərlə əməkdaşlığı genişləndirir.

Bu barədə Ednews-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi xarici aviaşirkətlərin ölkəmizin hava limanlarına yeni reyslərin həyata keçirilməsi və mövcud istiqamətlər üzrə tezliyin artırılması ilə bağlı müraciətini təsdiq edib.
“Sözügedən təsdiq İzmir, Bodrum, Dalaman, Ankara, Antalya, Riqa, Budapeşt, Varşava, Əbu-Dabi, Küveyt, Maskat, Roma, Rusiyanın və MDB ölkələrinin bir sıra istiqamətlərinə şamil olunur. Bakı hava limanı ilə yanaşı, aviaşirkətlər regional hava limanlarına da maraq göstərir. Hazırda Azərbaycanın beynəlxalq hava limanları sözügedən aviaşirkətlərin reyslərinin qəbulu üzrə zəruri işlər aparır”, - məlumatda qeyd edilib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...