Meyxana cəmiyyət üçün ZƏRƏRLİDİR? Ziyalılardan RƏYLƏR

Cəmiyyət 14:01 06.02.2023

Son günlərdə Azərbaycanda meyxana yenidən gündəm mövzusuna çevirilib. Ucqar kənddə meyxana üçün toplaşan insan kütləsi, biznesmenin iti üçün meyxana oxuyanlar sosial şəbəkələrdə sərt şəkildə tənqid olunublar.

Ednews mövzu ilə bağlı bir sıra tanınmış şəxslər arasında sorğu keçirib. Meyxana cəmiyyət üçün zərərlidirmi? Meyxananı sənət hesab edə bilərikmi?

Xalq şairi Nəriman Həsənzadə:

“Meyxana şifahi xalq ədəbiyyatımızın qollarından biridir. Əliağa Vahiddən tutmuş bu günə kimi də meyxanaya qulaq asılır. Televiziyalarda çox yer verilməsinə qalsa, bu da tamaşaçının zövqünə uyğundur. Deməli, camaat istəyir, baxır. Zövqlər müzakirə edilə bilməz. Meyxananı lağlağıya çevirmək cinayətdir. Meyxananı sənət hesab edirəm”.

Xalq artisti, rejissor Əbdül Mahmudov:

“Azərbaycanda bədahətən qafiyə deyilməsi ənənəsinin dünyada analoqu yoxdur. Bu bizim xalqımızın folklor sənətidir. Yəni dünyada Azərbaycan kimi ikinci bir xalq yoxdur ki, bu cür ənənəyə malik olsun. Sovet dövründə necə ki, namaz qılmağı, ibadəti qadağan etsələr də insanlar işıqları söndürüb gizlincə namaz qılır, oruc tutur, o cür dəyərləri, ənənələri qoruyub saxlayırdı, eləcə də meyxananı müasir dövrümüzə gətirib çıxardıblar. Qadağa zamanında meyxana ancaq Bakıətrafı kəndlərdə, toy, meyxana məclislərində qorunurdu. Yəni o dövrün meyxanaçıları bu sənəti çətinliklə də olsa qoruyub, yaşadıblar. Elə sənətin də adı mey məkanından, məclisindən götürülüb.

Bu gün meyxanamızı dana bilmərik. Çünki bu sənət bizim folklorumuz, musiqimiz, ifa mədəniyyətimizlə bağlıdır. Diqqət edin, bədahətən fikir, qafiyə deyilir, hətta muğama bənzər musiqi ilə ifa edirlər. Bu, xalqımızın gen yaddaşıdır, onu heç kim əlimizdən ala bilməz. Yaxşı olar ki,  meyxanamıza rəsmi status verilsin, dövlət səviyyəsində nəzarət olsun, həm də müəyyən folklor janrımız kimi gündəmə gəlsin, hətta teatr, müzikl da açılsın, eybəcər meyxanaçılar bundan sui-istifadə edə bilməsin.

Biz bu sənəti özbaşına buraxsaq, sahib çıxacaqlar. Elə sahibsiz buraxdığımız üçün hazırlıqsız, savadsız insanlar meyxanalardan  sui-istifadə edir, nəticədə qədim folklor sənətimizi gözdən salırlar”.

Professor, əməkdar jurnalist Qulu Məhərrəmli:

“Meyxana xalq yaradıcılığıdır. ABŞ zənciləri repi yaratdılar, onu sosial-reportaj kimi dünya arenasına çıxartdılar. Rep ictimai-sosial narazılığı ifadə edir, meyxana isə müəyyən situasiyaların, hisslərin, mövzuların çatıdırılması üçün bir vasitədir. Elmi dildə desək, meyxana folklordur, subkulturadır. Ayrılıqda götürüləndə bu zərərli deyil. Amma ondan hansı məqsəd üçün istifadə etməkdən çox şey asılıdır. Əgər biz onun müəyyən dəyərləri təbliğ etmək üçün istifadə ediriksə, müəyyən mövzuları, dəyərləri formalaşdırmaq üçün istifadə ediriksə bu çox gözəldir. Yox, əgər onun vasitəsilə altqatda olan məişətə, ictimai əxlaqa zərər vuran adət, davranış vərdişləri təbliğ ediriksə o zaman zərərə çeviriləcək. Hər şey məqsəddən, yanaşmadan və peşəkarlıqdan asılıdır. Meyxananı göyə də qaldırmaq olar, zərərli bir şey kimi də təqdim edə bilərik. Meyxana yaradıcılıqdır”.

Oğuz Ayvaz 

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
Hamısı