Zəlzələnin yaratdığı ÖLÜM Oğuz Ayvaz yazır...

Cəmiyyət 12:11 07.02.2023
Bu günlərdə Türkiyəni ağuşuna alan dəhşətli zəlzələ insanların həyatlarını, talelərini işğal edir. Qəfil ölkədə hər şey alt-üst oldu. Acı, ağrı, əzab, qan, ölüm Türkiyənin başını kəsdirib. 
 
Yaddaşım 2000-ci ildə yaşadığım ilk zəlzələ qorxusunu dartıb çıxardı. 10 yaşım vardı. Həmin gün də noyabr ayına təsadüf etmişdi. Qonağımız da vardı. Çayından bəh-bəhlə içib atamla sənətdən, siyasətdən söhbət edirdilər. Az keçmədi qonağı yola saldıq. Anam beli ağradığından çarpayısına uzandı. Mən də qonağın getməyindən istifadə edib pürrəngi bir çay süzdüm. Elə təzə stolun arxasına keçmişdim ki, çilçiraq silkələnməyə başladı. Həyəcanla ayaqlandım. Anamın sözünü bu gün belə unutmuram: "Ayxan “kravat”ın altındadı? Niyə silkələyir? Çıx görüm ordan...” Atam bacımı qucağına alıb, qaçın zəlzələdi deyə bağırdı.
 
Hamıdan zirək olduğumdan qapını açıb dəhlizə çıxdıq. Əvvəla qarşılaşdığım mənzərəni danışım: Qapını açanda başı şampunlu, yarıçılpaq, sısqa bir kişi görünürdü qarşımda. Əlləri əsdiyindən şalvarını geyinə bilmirdi. İroniya dolu bu mənzərə heç bir hiss yaratmamışdı. Ancaq içimdəki qorxu bağrımı deşirdi. Pillələri tullana-tullana düşüb, özümü küçəyə atdım. Bir qadın gözümə sataşdı. Eynən müharibə mövzusunda çəkilmiş filmlərdəki əzablı qadın obrazına bənzəyirdi. Binanın qarşısında dayanıb əlləri üzündə, ağlayırdı. Onun hıçqırıqları küləkli gecənin bətninə sancılırdı.
 
Ev paltarlarımızla özümüzü küçəyə atmışdıq. Üstəlik də ayaqyalın. Hava da buz kəsirdi, qış qapımızdaydı. Kişilər damaqlarında siqaret püfüldədərək zəlzələdən danışrıdılar. Mən zəlzələni böyük əjdahaya bənzətdim. Yerin altında yaşayan, hirslənəndə yeri silkələyən vəhşiyə... İstədim ki, siqaret çəkən kişilərə yaxınlaşıb deyəm, ay əmilər gedin yeri qazın, əjdahanı öldürün, rahat evimizə gedək. Ancaq bu yerdə maşınların səsi, işıqlar, uşaqların səsləri fikrimi yayındırdı. Atamgilin yanında büzüşüb, key-key ətrafa tamaşa edirdim.
 
- Dədə, biz öləcəyik?
 
- Elə şey olar, indi evə gedəcəyik...
 
Binanın qarşısı qarışqa misalı adamlarla qaynayırdı. Hamımızın gözü pəncərələrdə gəzirdi. Qorxu xofu virus kimi hamıya yayılırdı. Evlərdə pul, zinyət əşyaları, qır-qızıl vardı. Onları götürmək gərəkli idi. Kişilər bu işə yaxın durmadı. Anam və dəstəsi evlərə üz tutdular. Bu kadr da mənə cizgi filmlərini xatırlatdı. Anamgilin dəstəsinin adını "Qorxusuz arvadlar” adlandırdım. Tunel yolu ilə getdiklərini təsəvvür etdim. Məxfiliklərini qoruyan dəstə üzvləri evdəki pulları zərərsiz şəkildə götürmüşdülər. Bu dəstənin ilk uğurlu əməliyyatıydı.
 
Atamın əlləri saçlarımda gəzişdi. Qardaşım, bacım, anam adamların içində bənizi solğun, qorxmuş cüyürə bənzədilər.
 
Atamın arxasına düşüb, pay-piyadə yola düşdük. Qonşunun qohumunun həyət evi vardı. Bizim evdən məsafəsi 10 kilometr idi. Qaranlıq küçələr, tələsən adamlar, şəhərin közərən işıqları, bir-bir arxada qalırdı. Biz məhəlləmizdən uzaqlaşdıqca...
 
Həyət evinə çatanda ev əhli də təlaşlı görünürdü. Başa düşdüm ki, qorxu insanlarda birlik, həmrəylik hissləri yaradır. Bəlkə də bu ölüm qorxusuydu?!
 
İçəri keçib döşəməyə sərilmiş böyük xalçanın üstünə uzandıq. Biz uşaqlar donuq gözlərimizlə gecənin səhərini düşünürdük. Radioda deyilirdi ki, ikinci dalğa gözlənilir. Zəlzələ yenə ola bilər! Bu bizim üçün ikiqat qorxu idi. Dan yeri ağarana yaxın mürgülədik. Səhər dərsə getməliydik. Hava bom-boz, miskin adamlar kimi boynunu bükmüşdü. Qorxumuzdan həmin gün məktəbə getmədik. Evimizə gəlmişdik. Divarlara, çilçirağımıza baxdım. Hər şey qaydasında görünürdü. Birdən ağlıma qonuşuluğumuzdakı lüt kişi gəldi, görəsən hardadı deyə, özüm üçün xəyallar qurmağa başladım...
 
Zəlzələ təbii fəlakət olsa da insanları öldürən, bəşəri qorxu yaradan seriyalı qatil kimidir. Özü də elə qorxuncdur ki, nə uşaq bilir, nə qoca, nə də heyvan. Zəlzələ yerin altı ilə sürətlə şütüyən anakonda kimidir.
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
Hamısı