"Azərbaycan ərazisinə 1 milyondan çox mina yerləşdirilib. Bunun qurbanları mülki əhalidir".
Ednews xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Onun sözlərinə görə, indiyə qədər 282 nəfər mina partlayışının qurbanı olub ki, onlardan da 46 nəfər həlak olub. İndiyə qədər azad olunmuş ərazilərdə 28 000 piyada əleyhinə mina tapılıb, 39000 partlalmış silah sursat aşkar edilib və bu proses davam edir.