Hatayda dağıntılar altında qalan eyni ailədən olan 5, 12 və 16 yaşlı 3 uşaq zəlzələdən 80 saat sonra xilas edilib.
Ednews Haberglobal-a istinadən xəbər verir ki, uzun sürən mübarizədən sonra komandalar 16 yaşlı Abdulkadir Əl Hüseyn, 12 yaşlı Qaysa Əl Hüseyn və 5 yaşlı Qayda Əl Hüseynə çatıb.
Zəlzələdən 80 saat sonra dağıntılar altından xilas edilən 3 uşağa hadisə yerində ilkin tibbi yardım göstərilib.
Eyni ailədən olan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Ayan Rzayeva