Ağsu rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
Ednews Apa-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü Mikayılova Yağmur Şahmar qızı hamamda dəm qazından zəhərlənib.
15 yaşlı qız rayon mərkəzi xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.