Avropa Dərman Agentliyinin baş həkimi Steffan Thirstrup bildirib ki, bir çox ölkələr müəyyən dərmanların, xüsusilə də amoksisillin aktiv maddəsi olan antibiotiklərin tapılmasında çətinliklərlə üzləşirlər.
Ednews BBC-ə istinadən xəbər verir ki ,Thirstrup AB-nin 27 ölkəsindən 25-də antibiotik dərman qıtlığının olduğunu və son aylarda bu dərmanlara tələbatın artdığını, eyni zamanda istehsalda da problemlərin olduğunu bildirib.
Thirstrup bildirib ki, dərman istehsalçıları kadr çatışmazlığı səbəbindən istehsalda problemlərlə üzləşirlər.
Soyuqdəymə və ya virus infeksiyası kimi hallarda antibiotik istifadəsinə ehtiyac olmadığını qeyd edən Kavaleri, antibiotik istifadəsində ehtiyatlı yanaşmanın vacibliyinə diqqət çəkib.
Xatırladaq ki, son vaxtlar bir çox Avropa ölkələrində bəzi dərman vasitələrinin təchizatında problemlərin olduğu bildirilir. Bunun səbəbləri istehsalın gecikməsi, tələbatın artması, aktiv maddənin olmaması və nəqliyyat problemləri kimi təchizat problemləridir.