Azərbaycanlı ruhanilər saxta diplomu necə əldə ediblər? ARAŞDIRMA

Cəmiyyət 15:00 25.02.2023

Bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəsmən bəyan etdi ki, diplomu olmayan ruhanilər məscidlərdən uzaqlaşdırılacaq. Dövlət Komitəsinin bu bəyanatı məscidlərdə diplomsuz işləyən ruhanilərin bir çoxunu narahat edib və onlar kütləvi şəkildə saxta diplom almağa başlayıblar. 

Maraqlıdır, onlar bu saxta diplomu necə və haradan əldə edirlər? 

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Ednews-a bildirilib ki, məsələyə mənəvi tərəfdən baxsaq, dini təhsili olmayanların məscidlərdə işləməsi həm də bu sahədə illərlə oxumuş, lazımi təhsili almış, bu sahənin mütəxəssisi olan insanlara qarşı haqsızlıq və ədalətsizlikdir.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. Deməli, din xadimi olmaq üçün dini ali və orta ixtisas təhsili şərtdir. Eyni zamanda, ötən ilin fevral ayında “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş dəyişikliklərdən irəli gələn məsələlərin həlli məqsədilə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb və bu qaydaya əsasən Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibələr keçirir. Ötən ildən prosses başlayıb və mərhələli şəkildə dini təhsili olmayan şəxslər ixtisaslı kadrlarla əvəz olunur. Keçən il cəmi bir müsahibə keçirilib və həmin müsahibədən uğurla keçən dini ali və orta ixtisas təhsilli 133 nəfərdən 100-ə yaxını din xadimi kimi məscidlərə təyinat alıb. Hazırda ikinci müsahibə keçirilir və bu müsahibədən də uğurla keçən şəxslər məscidlərə təyinat alacaqlar”.

Qurum saxta diplomlar məsələsinə də aydınlıq gətirib.

“Saxta diplomlara gəldikdə isə keçirdiyimiz müsahibələr zamanı namizədlərin sənədlərini qəbul edərkən onların diplomlarına xüsusi əhəmiyyət vermişik. Bu zaman xeyli “fərqli diplomlarla” qarşılaşmışıq. Biz yalnız o dini təhsil müəssisələrinin diplomlarını qəbul etmişik ki, onlar vaxtilə ya Ədliyyə Nazirliyindən, ya da sonralar Dövlət Komitəsindən qeydiyyatdan keçib fəaliyyət göstərən dini təhsil müəssisələridir”.  

Mətbuat Xidmətindən son olaraq qeyd olunub ki, saxta diplom məsələsini araşdırmaq çətin deyil.

“Kimlərsə bu addımı atacaqlarsa, bu məlum olacaq və qanunla cavab verməli olacaqlar”. 

İlahiyatçı Tural İrfanın fikrincə verilən qərar ən doğru yoldur.   

“Burada müəyyən saxtakarlığa yol verilir. Heç bir diplomu olmadan iranyönümlü təhsil almış adamlar İrandan aldıqları diplomları gizlədirlər. Burada vaxtilə fəaliyyət göstərən mədrəsələrin rəhbərlərindən  sertifkat alırlar ki, guya burada təhsil alıblar. Bu mədrəsələrdə dünyəvi təhsilə uyğun sistemdə təhsil aparıladıqlarına görə bu ciddi araşdırılımır. Məsələn, Zaqatalanın Əliabbas İslam mədrəsəsi var. Eşitdiyimə görə buradan həmin işbazlar  pulla sertifkat alırlar. Amma qanunən  orada təhsil almış şəxslərin diplomunu vermirdilər”.

Onun fikrincə, saxta diplom əldə edənlər iranyönümlü şəxslərdir.  

“Onları məscidlərə yerləşdirmək istəyirlər. Burada Hüquq Mühafizə Orqanları ciddi araşdırma aparmalıdırlar. Ən pis tərəfi də odur ki, Bakı İslam Universitetinin 3 min 800-ə yaxın məzunu var. Onlar  5 illik Ali dini təhsil alıblar. Onların diplomunu Təhsil Nazirliyi tanımır. Bu da 5-ci kolonun təsirindəndir ki, diplomlar tanınmasın, həmin İranda oxuyanlar  məscidlərə yerləşdirilsin”. 

T.İrfan onu da qeyd edib ki, burada Təhsil Nazirliyi cavabdehdir. 

“Təəssüf ki, onlar buna cavab verə bilmirlər. Bu qədər tələbə Elmlər Akademiyasında elmi iş dissertasiya müdafiə edib ali ruhani ola bilərdilər. Buna şərait yaradan Təhsil Nazirliyidir. 1989-cu ildə ölkədə yaradılan İslam Universitetinin diplomunu Təhsil Nazirliyi tanımır və qəbul etmir. Bu ciddi məsələdir”. 

Təhsil eksperti Kamran Əsədov da fikirlərini saytımıza bölüşdü. O, qeyd etdi ki, Azərbaycanda diplom verilməsi ilə bağlı məsələ çox ciddidir.  

“Bizim ölkədə İslam üzrə diplom verən təhsil müəssisələri əvvəl  Bakı İslam Universiteti idi, indi isə İlahiyyat univeristetidir. Çox  təəssüf edirəm ki, bizim cəmiyyətdə kifayət qədər saxta diplom əldə edənlər var. Hazırda fəaliyyəti dayandırılmış Ali Təhsil Müəssisələrinin  İlahiyyat ixtisaslarında diplomlar olub. Təəssüf ki, yoxlama mexanizmi yoxdur. Hazırda İlahiyyat İnstitutu bu addımı atmaz. Diplomların qeyri-qanuni yollarla verilməsi mümkündür. Həmin Ali  Təhsil Müəssisəsi  1990-cı illərdə  tələbə qəbulu həyata keçirə bilirdilər”. 

O sonda bildirdi ki, mövcud qanunlara görə köhnə tarixlərə aid diplomların verilməsi mümkündür.    

“Bu da saxta diplom sayılmır. Qanuni yollarla əldə edirlər. Dediyim kimi 2009-cu ilə qədər məzun olmuş şəxslərə diplom verə bilərlər. Amma tələbə məzun sistemində həmin şəxslərə aid məlumat olmadığı üçün bu diplomların saxta olduğu üzə çıxacaq”.  

 

Ayan Rzayeva

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı