Hacı Şahinlə vida mərasimi Məşədi Dadaş məscidin də keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi Facebook səhifəsində məlumat verilib.
“Hacı Şahin son mənzilə Məşədi Dadaş məscidindən yola salınacaq. Hacının cənazəsi hazırda Məşədi Dadaş məscidindədir”.
Qeyd edək ki, Hacı Şahin bu gün səhər saat 5-də 49 yaşında ürəktutmasından vəfat edib.
Aysel Şahmar