Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.
Ednews xəbər verir ki, məlumatda qeyd olunur ki, Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçirilir.
Məlumatda həmçinin qeyd olunur ki, Hacı Şahin Həsənlinin dəfn olunacağı yer ailəsinin qərarına əsasən müəyyən ediləcək.