Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Əjdərbəy” məscidinin icma sədri Hacı Həmdüllah Babayev yayıb.
Onun sözlərinə görə, Hacı Şahin “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, din xadimi səhər saatlarında 49 yaşında ürəktutmasından vəfat edib.