İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə İKZF-nin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 42 min 796 ipoteka krediti verilib.
Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 462 milyon 457 min 174 manatdır.