Vətən müharibəsi qazisi bədbəxt hadisə nəticəsində vəfat edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Xəzər Xəbər TV” Telegram kanalı yayıb.
Mənbə yazır ki, bir həftə əvvəl komaya düşən 1989-cu il təvəllüdlü Qəribov Nəriman bu gün dünyasını dəyişib.
Onun komaya düşməsinə isə öz evinin hamamında yıxılan zaman başının yerə dəyməsi olub.
Yaxınlarının verdiyi məlumata görə, Nəriman hadisədən əvvəl Türkiyədə müalicə olunurmuş.
Həmin vaxt evlərinə oğru girib və ailəsi bunu Nərimanın səhhətinə görə ondan gizlədib. Bakıya qayıdanda isə o, hadisəni öyrənib, elə həmin gün də hamamda olarkən yıxılıb.