“Nizami Gəncəvi təkcə “Xəmsə”sində yüzlərlə türk sözü işlədib” Deputatdan İranın iddialarına CAVAB

Cəmiyyət 13:40 09.03.2023
 
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.
 
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında səsləndirib. Dövlət başçısı həmçinin qeyd edib ki, Nizami Gəncəvi doğma Gəncə şəhərində dünyaya gəlib, orada yazıb-yaradıb və orada da dəfn olunub.
 
Bununla da İlham Əliyev Nizami Gəncəvi şəxsiyyətinin və yaradıcılığının Azərbaycan xalqına mənsub olduğunu bir daha diqqətlərə çatdırıb. Dövlət başçısı həm də rəsmi İranın dahi Azərbaycan şairi Nizami Gəncəvinin “fars zadəganlarından olan İran şairi” kimi səsləndirdikləri yalanlarını da ifşa edib.
 
Məsələ barədə Ednews-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Nizami Cəfərov bildirib ki, bu İranın Azərbaycana qarşı uydurduğu ilk yalan deyil. Onun sözlərinə görə, rəsmi Tehran daim Azərbaycana qarşı müxtəlif iddialar səsləndirir.
 
“Bu iddialar ölkə ərazimizə, tariximizə, mədəniyyətimizə  aiddir. Bir vaxtlar İran İslam Respublikasının prezidentlərindən biri Azərbaycana səfərə gəlmişdi, daha sonra o, Gəncəyə səfərə gedib. O, Gəncədə çıxışı zamanı N.Gəncəvini  fars şairi kimi təqdim edib. İran höküməti bunu şairin fars dilində yazdığı ədəbi irsi ilə əsaslandırırlar. Nizaminin farsca yazması yeganə hadisə deyil. Bir neçə şairimiz, yazıçımız - Qətran Təbrizi, Xəqani Şirvani, Məhsəti Gəncəvi zamanında farsca yazıb - yaradıb. Həmçinin, neçə şairimiz var ki, ərəbcə və türkcə yazıb. “Nizami Gəncəvi fars şairdir”- deməkdən mənasız söz yoxdur. Bu yalnız təxribat üçün işlədilən ifadədən başqa bir şey deyil. Nizami Gəncəvinin təkcə “Xəmsə”sində yüzlərlə türk sözü işlədib. Bunu mütəxəssislər sübut ediblər”.
Deputat həmçinin qeyd edib ki, İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim Səid Nəfisi özü deyib ki, Nizami Gəncəvidən türk qoxusu gəlir.
 
“Həmçinin, o dövrün mühiti elə idi ki, şairlər fars dillində yazırdılar. Ümumi Şərq intibah dövrü idi. Bu intibahında əsasını fars dili təşkil edirdi. Nizami Gəncəvinin türk olduğunu sübut etmək üçün yüzlərlə fakt var. Hansıki bunlar öz təsdiqini tapmış faktlardır”. 
Məsələ ilə bağlı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Baş direktoru, akademik Teymur Kərimli vurğulayıb ki, İran hər zaman Nizaminin təxəllüsü Gəncəvi olduğuna görə, bunun fars şəkilçisi olduğunu iddia edir. Onun sözlərinə görə, bu tamamilə səhv məlumatdır, çünki “vi” ərəb şəkilçisidir və fars dilinə də oradan keçib.
 
“Nizami özü “Xosrov və Şirin” poemasında “ikdiş” sözünü işlədir. Bu qədim türk sözüdür. Sözün mənası isə iki millətdən doğulan uşağa deyilir. O özünü ikdiş adlandırır. “Leyli və Məcnun” poemasında isə anasının kürd olduğunu bildirir. Burdan da görürük ki, Nizami Gəncəvi fars olsaydı özünü ikdaş adlandırmazdı. “Sultan Səncər və qarı” hekayəsində qarı ifşalar edir. Hekayadə bu cümləyə rast gəlinir: “Türklərin dövləti ona görə ucalıb ki, məmləkətdə ədalət hökm sürür”- türkə məhəbbəti bundan artıq ifadə etmək olmaz. Firdovsi ilə Gəncəvini müqayisə etdikdə görürük ki, Firdovsidə türklərə qarşı nifrət var. Nizami bütün poemalarında türklərə öz məhəbbətini göstərir. Digər misal isə “ 7 Gözəl” poemasında Fitnə əhvalatı var. Fitnə türk qızıdır. Öz ağlı ilə fars padşahını məğlub edir.  Burda da türk xalqına verdiyi dəyəri görürük. Nizamidə Türkə məhəbbət aşıb daşır. Bunu görməmək korluqdur həm də siyasi korluq”. 
 
Qeyd edək ki, bir neçə gün əvvəl Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimi zamanı  İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Gəncənin guya “İran şəhəri” olduğunu iddia edib. Bu barədə İran mediası məlumat yayıb. Kənani Nizami Gəncəvini “fars zadəganlarından olan İran şairi” kimi də təqdim edib. Kənaninin fikrincə, Gəncəvi məhz İranın təsiri altında yaradıcılıqla məşğul olub.
 
Aysel Şahmar
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı