Son günlər ingilis dilində polşalı turistlə səlis danışığı ilə gündəmə gələn Xınalıq məktəblisi İbrahim Zeynalov bu gün Bakıya gəlib.
Ednews Bizim.Mediaya istinadən xəbər verir ki, o, Bakıda Qubanın millət vəkili olan Vahid Əhmədovla görüşüb.
Deputat 13 yaşlı məşhuru atası Bəhmənlə qəbul edib və onunla səmimi söhbət edib. İbrahimə kompüter bağışlayan deputat Vahid Əhmədov, ona uğurlar arzulayıb.
Qeyd edək ki,13 yaşlı İbrahim Zeynalov Bakıda olarkən MÜSİAD dərnəyi ilə də görüşüb. O, MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə oxumağa göndəriləcək.