"Avropada islamofobiya təzahürləri olduqca genişlənib və kəskin hal alıb".
Ednews xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan beynəlxalq konfransda "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.
“Fransa Avropada islamofobiya və türkofobiyanın mərkəzi kimi davranır. Ölkəmizdə dinlərarası nadir həmrəylik mövcuddur. Dünyəvi demokratik Azərbaycanda fərqli din mənsubları qardaşlıq halında yaşayır, dövlətin bütün qayğıları ilə təmin olunurlar", - şeyxülislam əlavə edib.