Güney azərbaycanlı milli-mədəni fəal Siyavuş Süleymanipur keçən il Urmiya ETTELAAT (Təhlükəsizlik) İdarəsinin agentləri tərəfindən evinə basqın zamanı həbs edilib. O, yaxınları ilə görüşmək və əlaqə saxlamaq hüququndan məhrum edilib.
Ednews xəbər verir ki, Veteran jurnalist həbsdə olduğu müddətdə dəfələrlə işgəncələrə məruz qalıb.
45 gündən sonra isə girov qarşılığında azad edilib.
Süleymanipur bir müddət sonra onun barəsində irəli sürülən “rəhbəri təhqir etmək”, “milli təhlükəsizliyə zidd fəaliyyət göstərmək” və “hakimiyyət əleyhinə təbliğat aparmaq” kimi saxta maddələrlə ittiham olunub.
Nəticədə Urmiya İnqilab Məhkəməsi tərəfindən çıxarılan qərara əsasən, Siyavuş Süleymanipur 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.